
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan və Gürüstan dövlət başçıları səviyyəsində müzakirə olunduqdan sonra bu istiqamətdə konkret addımların atılmasının detallarının Gürüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri arasında keçirilmiş görüşdə müzakirə edilən məsələlərdən biri olduğu bildirilir. Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcəyi barədə məlumatlar verilir. Yəqin ki, yaxın vaxtlarda bu yöndə dəqiqləşmələr olacaq. Bu istiqamətdə nəzərdə tutulan işlərin reallaşdırılması gediş-gəlişi daha çox olan Azərbaycan və Gürcüstan kimi iki qonşu ölkənin əhalisinin, xüsusən də qohumluq və çox sıx əlaqələri olan vətəndaşlarımızın xeyrinə olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisinn deputatı Əli Məsimli səsləndirib. O deyib ki, Qaxda seçicilərlə görüşlər zamanı qaldırılan məsələlər arasında Azərbaycanın Gürcüstanla sərhəddinin Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqəsi ilə bağlı bir sıra sadələşdirilmələrin edilməsi məsələsi də xüsusi yer tutur:
"Bir neçə dəfə gürcü millətindən olan Azərbaycanın vətəndaşlarının Gürcüstanda müalicə aldıqdan sonra həmin sərhəd məntəqəsi ilə qayıtmasına şərait yaradılması məsələsi qaldırılıb. Bu əsasda etdiyimiz müracətlərə aidiyyatı orqanlar çox həssas və operativ yanaşaraq həll edib. Bu işdə əməyi olan hər kəsə, xüsusən də Azərbaycanın Gürcüstandakı hörmətli səfirimizə çox-çox təşəkkürümüzü bildiririk".
Deputat qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa edilməsi ilə yanaşı iki ölkə sərhəddinin Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqəsi ilə bağlı da, xüsusən də xəstələr üçün bir sıra sadələşdirilmələrin edilməsi və Gürcüstanda təhsil alan tələbələrimiz üçün isə limit məsələsinə də baxılması məqsədəuyğun və işimizin xeyrinə olar".
Süleyman