
"2020-ci il dekabrın 10-da hörmətli qardaşım Hikmət Hacıyevlə birlikdə Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altında imzaladığımız “Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və təsis etdiyimiz Birgə Media Platforması; bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. Onun sözlərinə görə,bu günlərdə biz əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq.
"Qardaş ölkəmiz Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu anlaşma memorandumu ilə 4 məhsuldar ili başa vurduq. Bu müddət ərzində biz həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşmüşük.
2021-ci ildə Birgə Media Platformamızın ilk iclasını keçirməklə; “İctimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlxalqləşmə” komitələrinin yaradılmasına qərar verdik. Bu çərçivədə komitələrin yaradılması üçün inventar və layihə işlərimiz tamamlandı. Qısa müddətdə sözügedən komitələri yaratmaqla ölkələrimizin qarşılıqlı tanıtımına yönəlmiş layihələrimizi həyata keçirəcəyik. Davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq; Xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir".
İdarə rəhbəri qeyd etdi ki, mart ayında keçiriləcək dəyirmi masa toplantısı dünyaya güclü mesajlar verəcək:
"Bu çərçivədə dost və qardaş Azərbaycanla əməkdaşlığımız Bakı Rabitə Məsləhətçiliyimiz, TRT və Anadolu Agentliyinin birgə səyləri ilə media görüşləri, xəbərlərin paylaşılması, dezinformasiyaya qarşı birgə mübarizə və maarifləndirmə sahələrində fasiləsiz olaraq davam edir. 4 mart 2025-ci il tarixində dəyərli dostlarımızın töhfələri ilə Bakıda təşkil edəcəyimiz “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı ilə dünyaya güclü mesaj verəcəyik.
Birgə Media Platformamızın 2024-cü il üçün fəaliyyətinin qiymətləndiriləcəyi və gələcək proqnozların müzakirə olunacağı bu toplantının faydalı olacağına ümid edirəm".