
Qazaxıstanda ikinci əl avtomobillərə olan tələbat artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2025-ci ilin yanvar ayında işlənmiş minik avtomobillərinin satışı 420,3 min ədəd təşkil edib ki, bu da ötən ilin yanvar ayının yekunu ilə müqayisədə 29,4% çoxdur.
Yanvarda mersedens avtomobillərinin 111,2 mini satılıb və markanın bazar payı 26,45% təşkil edib. İkinci yerdə 42,4 min ədəd (10%) nəticə ilə Yaponiyanın Toyota şirkəti qərarlaşıb. İlk 5-liyə həmçinin Kia (22,6 min; 5,4%) və Hyundai (22 min; 5,2%) daxildir. Reytinqi 18,2 min avtomobil satışı və 4,34% payla yaponiyanın Nissan avtomobili qapayır.
Brend satış reytinqində ən nəzərəçarpacaq artım Lada-da (+42,1%), ən az nəzərə çarpan artım isə Nissanda (+13,8%) müşahidə olunub.
Mehman Mehdiyev