
Rusiya paytaxtından Gürcüstana uçan sərnişin təyyarəsində həyəcanlı anlar yaşanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Moskvadan Tbilisiyə uçan Azimut Hava Yollarına məxsus təyyarə texniki nasazlıq səbəbindən Vnukovoya qayıdıb.
Məlumata görə, A47107 Moskva-Tbilisi reysini yerinə yetirən “Azimut” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən uçuşunu başa vura bilməyib.
Vnukovaya qayıdan təyyarənin sərnişinləri aviaşirkətin ehtiyat təyyarəsi ilə Tbilisiyə çatdırılıb.
Mehman Mehdiyev