Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Macarıstana neft tədarük edəcək

Qazaxıstan Macarıstana neft tədarük edəcək


Qazaxıstan və Macarıstan neft tədarükü ilə bağlı danışıqlar aparır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Energetika Nazirliyi məlumat verib.

Məlumata görə, “KazMunayQaz” ASC (KMG) və Macarıstanın MOL Group şirkəti əsas kommersiya şərtlərini, o cümlədən tədarük həcmini, qiymətləri və tranzit şərtlərini müzakirə edəcəklər.

Müntəzəm çatdırılmaların dəqiq şərtləri danışıqlar başa çatdıqdan və müvafiq sənədlər imzalandıqdan sonra müəyyən ediləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş