
"Tarix göstərdi ki, İlham Əliyevin siyasi xətti və qətiyyətli mövqeyi Azərbaycanın haqlı mübarizəsinin uğurla nəticələnməsinə gətirib çıxardı".
Newscenter.az xəbər bunu siyasi şərhçi Azər Yadigaroğlu deyib. O bildirib ki, 30 il ərzində beynəlxalq səviyyədə haqqımızın bərpa olunmasını gözləsək də, sonda öz gücümüzə arxalanaraq torpaqlarımızı azad etdik və ədaləti bərpa etdik:
"Bu, təkcə hərbi qələbə deyil, eyni zamanda milli iradənin, birlik və həmrəyliyin təcəssümü idi. Bugün biz tariximizin yeni mərhələsini yaşayırıq və gələcək nəsillərə azad, güclü Azərbaycan miras qoyuruq".
Süleyman