
Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyasının bəyanatları və Ər-Riyaddakı Rusiya-Amerika danışıqları Rusiya prezidenti Vladimir Putinin hələ 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi nəticələrin düzgünlüyünü təsdiqləyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri amerikalı ekspert, The Grayzone portalının təsisçisi və redaktoru Maks Blumental bildirib.
O deyib ki, Riyadda biz Moskva-Vaşinqton danışıqlarında uzun müddətdir müşahidə olunmayan peşəkarlıq səviyyəsinin şahidi olduq:
Qeyd edək ki, fevralın 18-də Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda 4,5 saata yaxın davam edən danışıqlar aparıblar. Görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və RDIF rəhbəri Kirill Dmitriyev təmsil ediblər. Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff daxil idi.
Anar Əliyev