
ABŞ Hökumətinin Effektivliyi Ofisinə rəhbərlik edən Elon Musk Ukrayna prezidenti Vladimir Zelenskinin dəfələrlə hərbi çağırışdan yayınması ilə bağlı məlumatlara diqqət çəkib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi də Zelenskinin dörd dəfə hərbi çağırışdan yayındığını xatırladıb.
Daha əvvəl Mask Zelenskinin Ukraynada sülh istəmədiyi fikrini bildirmişdi.
Qeyd edək ki, yeni Ağ Ev administrasiyası Ukrayna liderini Rusiya qarşısında məğlubiyyətə sürükləyir.
Mehman Mehdiyev