Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ prezidentinin Ukrayna siyasəti fiaskoya uğraması mümkündür

ABŞ prezidentinin Ukrayna siyasəti fiaskoya uğraması mümkündür


"Donald Tramp Ukrayna prezidenti V.Zelenskini şoumen adlandırıb. Onun prezident postundan getməsini açıq tələb edir. Demək olar ki, ABŞ və Rusiya danışıqlar prosesində V. Zelenskini problem görür. Hər iki prezidentin Ukrayna prezidentinə olan mövqeyi üst -üstə düşür. V. Zelenski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə, güzəştə getmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, baş verən proseslərlə bağlı D. Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür:

"Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə olacaq. Avropa ilə siyasi münasibətlər sistemində tektotik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətini iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ-a ehtiyacı olmayacaq".

Politoloq deyib ki, yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək:

"Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək".

Anar Əliyev
Xəbəri paylaş