
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi vakant yerlər üzrə işə qəbul elan edir.
Newscenter.az Mərkəzə istinadən xəbər verir ki, seçimlərə peşəkarlığına, bilik və bacarıqlarına güvənən hər bir uyğun namizəd qatıla bilər.
Vakansiya: Analitika departamenti, İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi bölməsi, baş mütəxəssis
Vəzifə öhdəlikləri:
· Maliyyə məlumatlarını təhlil etmək, əhatəli analitik təqdimatlar və hesabatlar hazırlamaq;
· Maliyyə modelləşdirməsi və detallı analitik təhlilləri həyata keçirmək;
· İnvestisiya layihələrinin effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək;
· Layihələrin texniki-iqtisadi əsaslandırmalarını hazırlamaq, iqtisadi, büdcə, sosial və ekoloji təsirlərinin qiymətləndirilməsini aparmaq;
· Risk mənbələrinin təhlili və bu risklərin təsir dərəcəsini qiymətləndirmək;
· Müəyyən edilmiş risk profili və maliyyə hədəflərinə uyğun investisiya strategiyasını formalaşdırmaq;
· Nümunəvi investisiya layihələrinin hazırlanmasını, daxili və xarici maraqlı tərəflərlə əməkdaşlığın yaradılmasını təmin etmək;
· İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi ilə bağlı əsas konsepsiya və inkişaf təşəbbüslərini müvafiq departament və qurumlarla birlikdə hazırlamaq;
· İşəgötürən və birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
· Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə arzuolunandır);
· Maliyyə modelləşdirməsi, proqnozlaşdırma və qiymətləndirmə alətlərində bacarıq, həmçinin maliyyə proqnozlarında təcrübə;
· Beynəlxalq sertifikatlara - CFA (Chartered Financial Analyst), CIMA (Chartered Institute of Management Accountants) və ya FRM (Financial Risk Manager) malik olması arzuolunandır;
· MS Office proqramlarında sərbəst işləmək bacarığı;
· Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
· Kənd təsərrüfatı, ərzaq və əlaqəli sahələr üzrə məlumatlı olması üstünlükdür;
· Güclü analitik düşünmə, işgüzar ünsiyyət, dinamik iş mühitinə uyğunlaşma və problemləri həlletmə bacarıqları;
· Effektiv təqdimat bacarıqları;
· Əmək və icra intizamı qaydalarına riayət etmək;
· Komandada işləmək bacarığı..
Vakansiya: Analitika departamenti, İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi bölməsi, mütəxəssis
Vəzifə öhdəlikləri:
· Məlumatların toplanmasında, maliyyə-analitik təhlillərin aparılmasında, təqdimatların və hesabatların hazırlanmasında iştirak etmək;
· İnvestisiya layihələrinə dair ilkin təhlillər aparmaq, layihənin maliyyə nəticələrini və səmərəliliyini qiymətləndirmək;
· Nümunəvi investisiya layihələrinin hazırlanmasında iştirak etmək;
· Layihələrin texniki-iqtisadi əsaslandırmalarını hazırlamaq;
· İnvestisiya layihələrinin maliyyə analizini aparmaq və proqnozlaşdırma üçün maliyyə modellərinin qurulmasında iştirak etmək;
· Layihələrin mümkün risklərini müəyyənləşdirərək bu risklərin idarəolunması ilə bağlı təkliflər vermək;
· İşəgötürən və birbaşa rəhbəri tərəfindən gündəlik olaraq verilən digər tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
· Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
· Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti;
· Maliyyə modelləşdirməsi, proqnozlaşdırma və qiymətləndirmə alətləri haqda məlumatlılıq;
· Beynəlxalq sertifikatlara CFA (Chartered Financial Analyst), ACCA - Financial Accounting (FA) malik olması arzuolunandır;
· Kənd təsərrüfatı, ərzaq və əlaqəli sahələr üzrə məlumatlı olması üstünlükdür;
· MS Office proqramlarında sərbəst işləmək bacarığı;
· Analitik düşünmə, işgüzar ünsiyyət, dinamik iş mühitində işləmə və problemləri həlletmə bacarıqları;
· Effektiv təqdimat bacarıqları;
· Əmək və icra intizamı qaydalarına riayət etmək;
· Komandada işləmək bacarığı.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 2025-ci il 18 mart tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_vakansiyanın adı” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Anar Əliyev