Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın APA-ya ev sahibliyi etməsi beynəlxalq arenada yüksək nüfuza sahib olmasının bariz nümunəsidir

Azərbaycanın APA-ya ev sahibliyi etməsi beynəlxalq arenada yüksək nüfuza sahib olmasının bariz nümunəsidir


"18 Fevral 2025-ci ildən başlanan Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının uğurla davam etməsi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və regionda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün göstərdiyi səylərin göstəricisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı səsləndirib. O bildirib ki, sessiyada parlament diplomatiyasının gücləndirilməsi, regional problemlərin birgə həlli və davamlı inkişafın təşviq edilməsi kimi vacib məsələlər müzakirə olunur:

"Azərbaycanın APA-ya ev sahibliyi etməsi və onun tədbirlərinə fəal qatılması, ölkəmizin beynəlxalq arenada yüksək nüfuza sahib olmasının bariz nümunəsidir.

İclasların uğurla keçirilməsi Asiya ölkələri arasında həmrəyliyi daha da möhkəmləndirir və gələcək əməkdaşlıq imkanlarını genişləndirir, parlamentarizmin regionda daha da inkişaf etməsinə əhəmiyyətli təsir göstərir".

Süleyman
Xəbəri paylaş