Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ay istehlakçı güvən indeksi artıb

Bu ay istehlakçı güvən indeksi artıb


Türkiyədə istehlakçı güvən indeksi fevral ayında aylıq bazda 1,4 faiz artaraq 82,1-ə yüksəlib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, TÜİK və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilə birgə həyata keçirilən İstehlakçı Meyilləri Araşdırmasının nəticələrindən hesablanan istehlakçı güvən indeksi yanvar ayında 81 ikən bu ay 1,4 faiz artaraq 82,1-ə çatıb.

Beləliklə, sözügedən indeks 2023-cü ilin iyunundan sonra ən yüksək səviyyəyə çatıb.

Cari dövrdə keçən ay 64,8 olan ev təsərrüfatlarının maliyyə vəziyyəti indeksi fevral ayında 1,1 faiz artaraq 65,6-ya yüksəlib.

Mehman Mehdiyev
Xəbəri paylaş