
"Cəmiyyətin ən vacib peşə sahələrindən biri hüquqdur. Hüquqşünas və ya bir rəhbər olmağı planlaşdıran şəxs hər şeydən əvvəl analitik düşüncəyə, mükəmməl müşahidə qabiliyyətinə, obyektiv və prinsipal yanaşma bacarığına malik olmalıdır".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O hesab edir ki, hüquq sahəsində uğur qazanmaq və yaxşı rəhbər olmaq üçün aktyorluq qabiliyyəti də lazımdır:
"Bu fikir bəzi hallarda doğru görünə bilsə də, mahiyyət etibarı ilə yanlışdır.
Hüquqşünas və rəhbər olan şəxs faktları obyektiv şəkildə dəyərləndirməyi, qanunları düzgün tətbiq etməyi bacarmalıdır. Analitik düşüncə, detallara diqqət yetirmək və çoxsaylı perspektivdən bəhs etmək qabiliyyəti bu sahədə uğurun əsas faktorlarındandır. Aktyorluq qabiliyyəti qərarları obyektiv dəyil, manipulyativ bir formada verməyə yol aça bilər. Halbuki prinsipial və obyektiv yanaşma, ədalətin təmin edilməsində həlledici rol oynayır. Həqiqi rəhbər manipulyasiya yolu ilə insanlara təsir etməyə çalışmaz. O, açıq və səmimi, şəffaf idarəetmə təmin edər. Aktyorluq bacarığı olan şəxs hadisələri və ya həqiqətləri mùəyyən istiqamətdə formalaşdırmaq cəhdi göstərə bilər. Halbuki, həqiqi rəhbər reallığı düzgün qiymətləndirib, obyektiv yanaşaraq ədalətli qərarlar verir".
Əli İbrahimov deyib ki, hüquqşünas və rəhbər insanların dərdi ilə maraqlanmalı, onlara haqlarının qorunmasında kömək etməlidir. Empatiya aktyorluq bacarığından deyil, vicdan və dürüstlükdən irəli gəlir. Aktyorluq bir rolu oynamaq deməkdir, amma həqiqi liderlik səmimiyyət və insani dəyərlər üzərində qurulur:
"Yaxşı hüquqşünas və analitik düşüncəli rəhbər olmaq üçün aktyorluq bacarığı vacib deyil. Ədalətlilik, obyektivlik, prinsipial yanaşma, dürüst və vicdanlı olmaq hüquq sahəsində və rəhbərlikdə uğurun əsas təməlləridir. Bu dəyərlər üzərində qurulan bir sistem həm cəmiyyət, həm də onun idarəçiləri üçün faydalı və səmərəlı olacaq".
Süleyman