Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək

İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək


"İran parlamentinin sədri Azərbaycandadır. Bir müddət bundan əvvəl, prezidentin köməkçisi Hikimət Hacıyev İranda oldu. İkitərəfli əlaqələrin inkişafı istiqamətində danışıqlar apardı. Baş nazir Əli Əsədov prezident M. Pezeşkianla yüksək səviyyədə Azərbaycan dilində qarşılandı. Amma, İranın mühafizəkar dairəsi SEPAH anti-Azərbaycan siyasətini davam etdirir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycana qarşı hibrid və informasiya müharibəsini davam edir:

"Azərbaycana qarşı SEPAH "Hüseyniyyun" terror təşkilatı yaradıb. Azərbaycanın kütləvi informasiya vasitələrinin internet resurslarına haker hücumlar edir. Tehran rejimi sözdə əməkdaşlıqdan danışır, praktiki olaraq Azərbaycana qarşı total təxribatlara əl atır.

Göründüyü kimi, İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək. Azərbaycanın apardığı sülh və təhlükəsizlik siyasəti, regional siyasi dəyişikliklər Tehranı narahat edir. Təbii ki, İranın əlini-qolunu Azərbaycan daxildə bağlayıb. Təsir və təzyiq imkanları neytrallaşdırılıb. Artıq Tehranla özü başa düşdüyü dildə danışmaq lazımdır".

Süleyman
Xəbəri paylaş