
"Report" İnformasiya Agentliyinə "Hüseynçilər" adlı dini qruplaşma tərəfindən kiber hücum olub.
Newscenter.az xəbər verir ki, agentliyin səhifəsində öz loqolarını yerləşdirən qruplaşma "Tezliklə" mesajı da verib.
Qeyd edək ki, Azərbaycan İslam Müqavimət Hərəkatı və ya qısaca Hüseyniyyun, həmçinin "Hüseynçilər" — Azərbaycanı İslam Respublikasına çevirmək məqsədi daşıyan şiə islamçı antihökumət və terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.

Anar Əliyev