Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən gətirilən 100 tona yaxın kənd təsərrüfatı məhsulları məhv edilib

Türkiyədən gətirilən 100 tona yaxın kənd təsərrüfatı məhsulları məhv edilib


Son 3 ildə Türkiyədən Qazaxıstana gətirilən 100 tona yaxın kənd təsərrüfatı məhsulları məhv edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Yermek Kenjexanuli məlumat verib.

Son 3 ildə Türkiyədən idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı ümumilikdə 76 qanun pozuntusu aşkar edilib. Onların arasında 6 karantin obyekti, yəni təhlükəli yüklər olub.

"Biz 100 tona yaxın kənd təsərrüfatı məhsulunu məhv etmək üçün göndərmişik. Biz həmçinin 16 mindən çox gül məhsulunu Türkiyəyə qaytarmışıq. Bu işlər zamanı idxalçılar 7,4 milyon tenge cərimə olunub", - deyə Kenjexanuli bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş