Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

214 obyektdə 27 audit tədbiri həyata keçirilib

214 obyektdə 27 audit tədbiri həyata keçirilib


Keçən il Qazaxıstanda 214 obyektdə 27 audit tədbiri həyata keçirilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Ali Hesablama Palatasının sədri Əlixan Smayılov məlumat verib.

Nəticədə ümumilikdə 862 milyard tengelik müxtəlif normaların pozulması halları müəyyən edilib. Auditlərin nəticələrinə görə, büdcəyə 135 milyard tenge qaytarılıb. Bu, 2023-cü ildə ödənilən məbləğdən beş dəfə çoxdur.

Bildirilib ki, tikinti layihələrinin qiymətlərinin müəyyənləşdirilməsində, istehsal layihələrinin maliyyələşdirilməsində, kənd təsərrüfatının subsidiyalaşdırılmasında daim boşluqlar mövcuddur.

Ali Hesablama Palatası aşkar olunmuş bütün qanun pozuntularının aradan qaldırılması üçün Hökumətə tövsiyələr verib, məsul dövlət orqanlarına göstərişlər göndərib.

Əlixan Smayılov bildirib ki, bu il 40-dan çox audit tədbiri nəzərdə tutulub.

Mehman Mehdiyev
Xəbəri paylaş