
Türkiyənin paytaxtı Ankarada yenidən zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, Ankaranın Mamak rayonunda 3 bal gücündə zəlzələ baş verib.
AFAD-ın internet saytında yer alan məlumata görə, saat 09:36-da Ankaranın Mamak rayonunda baş verən zəlzələ yerin təxminən 7 kilometr dərinliyində qeydə alınıb.
Mehman Mehdiyev