Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY tərəfindən platformalarda təhlükəsizlik nişanları qoyulub

ADY tərəfindən platformalarda təhlükəsizlik nişanları qoyulub


ADY tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Newscenter.az quruma istinadən bildirir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür.

Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.

Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.

Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Süleyman
Xəbəri paylaş