Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa formalaşan geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır

Avropa formalaşan geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır


"Rusiya-Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşıb. Bu, Avropa İttifaqının Ukraynaya sarsılmaz siyasi dəstəyin bariz nümunəsidir. ABŞ prezidenti D. Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi V. Zeleskinin mövqeyini kifayət qədər gücləndirdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, ABŞ-dan hərbi yardımlar kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artır:

"Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub. Almaniyada anti-Rusiya yönümlü Xristian-Demokratların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq".

Politoloq deyib ki, seçkilərdə qələbə çalan partiyanın lideri Almaniyanın ABŞ -dan asılılığına son qoyacağı və Rusiyaya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib:

"Sabiq kansler O. Şolts münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu.

Qeyd edim ki, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp-Putin sövdələşməsinin qarşısını alacaq".

Anar Əliyev
Xəbəri paylaş