Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Ukraynanın taleyini yaşamaq istəmir

Avropa Ukraynanın taleyini yaşamaq istəmir


"ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtması, dünyanın hər yerində olduğu kimi, Avropa ölkələrini də hərəkətə gətirib. Bu hərəkətlilik, Avropanın öz müdafiə sisteminin qurulması istiqamətində müzakirələri intensivləşdirib. ABŞ prezidentinin bəyanatları, sərəncamları və ümumiyyətlə yürütdüyü siyasəti nəzərə alsaq, bütün bunlar NATO-nun təhlükəsizliyin zəmanəti baxımından etibarlılığına kifayət qədər təsir göstərərək kölgə salıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O qeyd edib ki, bu səbəbdən Avropa İttifaqında ABŞ-a, xüsusilə də ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasətə etibar etmək, təhlükəsizlik baxımından ehtiyyatsızlıq kimi qəbul edilə bilər:

"Bu səbəbdən Avropa İttifaqında Avropanın təhlükəsizlik tavanını təmin etmək məqsədilə hərəkətlilik baş verməkdədir və bu istiqamətdə davranışlara səbəb olan görüşlər intensiv hal almaqdadır. Hazırda Avropa ölkələri, ABŞ olmadan özünü Rusiyadan müdafiə etmək üçün əlində olan imkanları nəzərdən keçirir".

Ekspert qeyd edib ki, Brüsseldə Bruegel araşdırma institutu və Kiel dünya iqtisadiyyat institutunun araşdırmalarına əsasən məlumat yayılıb ki, Avropa ölkələrinin müdafiəsi üçün hər il bundan sonra, 250 milyard avro əlavə hərbi xərclər üçün vəsait lazım olacaq:

"Həmçinin 300 min əlavə olaraq əsgərə, yəni canlı qüvvəyə ehtiyac vardır. Əslində Avropa ölkələrinin Ukraynanı sonuna qədər müdafiə etmələrində israr etmələrinin səbəbi də məhz, Rusiyanın Ukrayna uzərində qələbə qazandıqdan sonra,yaxın 3-5 ildən sonra Avropa ölkələrinə hücumunun indidən qarşısını almaqdır. Artıq Avropa, ABŞ-ın Ukraynanı müdafiə etdiyi kimi bir mudafiəyə inanmadıqlarını açıq dilə gətirirlər və Ukraynanın yaşadıqlarını yaşamaq istəmirlər".

Anar Əliyev
Xəbəri paylaş