
Türkiyədə evlilik və boşanmaların sayı artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki. Türkiyədə ötən il evlənən cütlüklərin sayı 568 min 395-ə, boşanan cütlüklərin sayı isə 187 min 343-ə yüksəlib.
Buna görə keçən il evlənən cütlüklərin sayı 2023-cü ildə 567 min 11, 2024-cü ildə isə 568 min 395 olub.
Boşanan cütlüklərin sayı 2023-cü ildə 173 min 342 ikən, 2024-cü ildə 187 min 343 olub. Hər min nəfərə düşən boşanmaların sayı keçən il mində 2,19 olaraq hesablanmışdı.
İlk nikahın orta yaşı illər üzrə araşdırıldığında bu yaş hər iki cins üçün artıb. İlk nikahın orta yaşı 2024-cü ildə kişilər üçün 28,3, qadınlar üçün isə 25,8 təşkil edib. Kişilər və qadınlar arasında ilk nikahda orta yaş fərqi 2,5 il olaraq qeydə alınıb.
Anar Əliyev