
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İndoneziya və Malayziyaya işgüzar səfərə gedib.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfər çərçivəsində Şoyqunun ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən təhlükəsizlik və müdafiə məsələləri üzrə danışıqlar aparması planlaşdırılır.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin Şoyqunun səfəri ilə bağlı yaydığı məlumatda, "2025-ci il fevralın 24-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İndoneziya və Malayziyaya baş tutan işgüzar səfəri fevralın 28-dək davam edəcək. Səfər zamanı keçirilən görüşlərdə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi də nəzərdə tutulub",-deyə bildirilib.
Anar Əliyev