Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb

Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb


Fevralın 24-də doğma yurduna yola salınan köç karvanı Şuşa və Xocalı şəhərinə, Xocalı rayonunun Ballıca kəndinə çatıb. Bu mərhələdə 22 ailə - 95 nəfər doğma yurdlarına qayıdıb.

Newscenter.az xəbər verir ki, mərasimlərdə müvafiq olaraq, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Süleyman
Xəbəri paylaş