
Qazaxıstanın paytaxtı Astanada 2026-cı ildə sutkada 100 ton süd emalı zavodunun açılması planlaşdırılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Astana meri Jenis Kasımbek məlumat verib. Bu layihəyə cəlb olunmuş özəl investisiyaların həcmi 8,1 milyard tenge təşkil edib.
O bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirlir. Belə ki, bu il özəl investisiyalar hesabına Sarayşik rayonunda “Texnodom” (ORPT SC) mağazalar şəbəkəsinin mərkəzi anbarının açılması nəzərdə tutulur. Layihəyə sərmayə qoyuluşu 11,1 milyard tenge təşkil edəcək, 200-ə yaxın yeni iş yeri açılacaq.
Ötən il şəhərdə 49 investisiya layihəsinin icrasına başlanılıb. Bu, 301 milyard tenge məbləğində özəl maliyyələşdirmənin cəlb edilməsinə və 4100 iş yerinin yaradılmasına kömək edib.
Mehman Mehdiyev