Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan universitetlərinin filialları açılacaq

Qazaxıstan universitetlərinin filialları açılacaq


Qırğızıstanda Qazaxıstan ali təhsil müəssisələrinin filialları açıla bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən məsələ Astanada Qazaxıstan və Qırğızıstanın baş nazirləri Oljas Bektenov və Adılbek Kasıməliyev arasında baş tutan görüşdə müzakirə edilib.

Tərəflər iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların icrasının gedişatını nəzərdən keçiriblər.

Qeyd edək ki, ötən ilin yekunlarına əsasən, iki ölkə arasında qarşılıqlı ticarət göstəriciləri yenidən artaraq 1,7 milyard dollar təşkil edib.

Danışıqlar zamanı su və enerji sektorunda əməkdaşlığa xüsusi diqqət yetirilib.

Mədəni-humanitar əməkdaşlıq çərçivəsində bu il Qırğızıstanda Qazax Kino Günlərinin keçirilməsi planlaşdırılır və Qırğızıstan ərazisində Qazaxıstan ali təhsil müəssisələrinin filiallarının açılması məsələləri də müzakirə olunur.

Bundan əlavə, yeni turizm istiqamətlərinin inkişafı üzrə tədbirlər, o cümlədən transsərhəd ekomarşrutların yaradılması, aktiv turizm üçün infrastrukturun inkişafı, mehmanxana biznesinə investisiyaların cəlb edilməsi müzakirə edilən məsələlər sırasında yer alıb.

Mehman Mehdiyev
Xəbəri paylaş