
Çinin Alibaba şirkəti bulud platformaları və süni intellekt infrastrukturunun yaradılmasına üç il ərzində 380 milyard yuan, təxminən 52 milyard dollar sərmayə qoyacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu şirkətin baş direktoru Vu Yonminq deyib.
Şirkət rəhbərliyi deyib ki, Alibaba bulud xidmətləri və süni intellekt üçün aparat bazası infrastrukturunun tikintisini sürətləndirmək üçün hər cür səy göstərəcək.
"Süni intellektin partlayıcı inkişafı hər kəsin gözləntilərini üstələyib və Çinin texnologiya sənayesi sürətlə inkişaf edir və böyük potensiala malikdir. 3 il üçün nəzərdə tutulan investisiyaların miqyası son 10 ildə qoyulan investisiyaların həcmini üstələyir",-deyə Vu Yonminq söyləyib.
Mehman Mehdiyev