Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yollarından yeni endirim kampaniyası

Türk Hava Yollarından yeni endirim kampaniyası


Türk Hava Yollarından ailələr üçün endirimli bilet kampaniyasına start verir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş məlumat verib.

Nazir bildirib ki, Türk Hava Yolları (THY) Ailə ili çərçivəsində ilin sonuna qədər ailələrə səyahətdə 15 faiz endirim edəcək.

Göktaş, Türk Hava Yollarının internet saytında "Ailə Endirimi" olaraq elan edilən kampaniya çərçivəsində eyni rezervasiya qeydində eyni soyadlı ən az 3, ən çox 9 sərnişinə 15 faiz endirim tətbiq ediləcəyini açıqlayıb.

Nazir açıqlamasında, "Ailənin Qorunması və Gücləndirilməsi Baxış Sənədi və Fəaliyyət Planı"nın yaradıldığını və tətbiq edildiyini qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş