
"ABŞ-ı Rusiya ilə danışıqlar masasına oturmasından dolayı qınayan Avropa, əslində bunun qarşısını almaq, yaxud proseslərə təsir etmək üçün heç bir siyasi hüquqdan istifadə etmədi, bu istiqamətdə heç bir addım atmadı. Rusiya ABŞ-la eyni masaya oturar-oturmaz, Türkiyə prezidenti Ərdoğan, ukraynalı həmkarı Zelenskini Ankarada qəbul etdi, Ukraynanın ərazi bütövlüyünü bir daha uca səslə bəyan etdi. Ardınca Türkiyə prezidenti Ərdoğanın ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etmək iradəsini də mesaj olaraq göndərməsi, onu deməyə əsas verir ki, Ankara Moskva-Kiyev münaqişəsinin həlli prosesində kənarda qalmaq kimi düşüncəsinin olmadığını bir daha hər iki tərəfə xatırlatdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi deyib. O qeyd edib ki, bunun ardınca Rusiya xarici işlər naziri Lavrovun Türkiyəyə səfəri həyata keçirilir və növbəti Əl-Riyadda nəzərdə tutulan ABŞ-Rusiya görüşündən Rusiya tərəfi imtina etməyə hazırlaşır:
"Baş verənlər heç də təsadüfi deyil. Rusiya proseslərə Türkiyənin də qoşulmasına çalışır. Türkiyə artıq Ukraynanın da bu istiqamətdə razılığını alıb, desək yanılmarıq".
Anar Əliyev