Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni dünya düzənində Avropa demokratiyanın son adası olaraq qalacaq

Yeni dünya düzənində Avropa demokratiyanın son adası olaraq qalacaq


"Dünyada gedən geosiyasi proseslər onu göstərir ki, yeni dünya düzənində Avropa demokratiyanın son adası olaraq qalacaq. ABŞ Prezidenti D.Trampın atdığı addımlar, Rusiyanın yanında olması və bundan sonra atacağı addımlar dünyanı bir neçə güc mərkəzinə bölsə də, bu, demokratiya ilə diktaturanın qarşıdurması şəklində iki cəbhədə davam edəcək. Avropa öz dəyərlərinin müdafiəsi üçün bütün dünyanı qarşısına almağa hazır görünür. Təbii ki, dünyanın digər regionlarından da Avropanın yanında duracaq ölkələr olacaq".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Avropanın demokratiya mübarizəsini Ukraynada verəcəyi aydındır:

"Demokratiya anlayışı prosesin gedişində ya tarixə qovuşacaq, ya da yeni dünyanın simvoluna çevriləcək. Çünki demokratiya var olma mübarizəsini dünyada ilk dəfə olaraq müharibə yolu ilə əldə edəcək. Tarixdə demokratiya uğrunda hansısa ölkələrdə qarşıdurmalar olmuşdur, amma indiki kimi geniş miqyaslı mübarizə olmamışdır. Demokratiya özünün ölüm-qalım mübarizəsinə başlayır".

Azər Qasımov qeyd edib ki, Avropanın bu qarşıdurmadan üzüağ çıxmaqdan başqa yolu yoxdur:

"Əks halda Avropada ideologiya boşluğu yaranacaq. Avropa xalqlarının öz cəmiyyətlərinə olan inamı qırılacaq. Bu da Avropa daxilində indi də mövcud olan daha böyük çatlara səbəb olacaq. Avropanın iri dövlətləri öz başlarının halına qalacaq və birlik dağılacaq. Hesab edirəm ki, bu mübarizə Avropa üçün böyük sınaq olacaq".

Süleyman
Xəbəri paylaş