
"Artıq neçə gündür ki, Papanın sağlıq durumu ağırdır və Vatikandan gələn xəbərlər yeni Papa seçimlərinin olacağını göstərir. Kardinallar Kollegiyasında bir sıra namizədlərə göz gəzdirdiyimdə artıq puzzle tamamlanır".
Newscenter.az xəbər verir ki, bunları politoloq Prəviz Əliyev deyib. O bildirib ki, Amerikanın bir sıra tələbləri var, Fransadan istəklər çoxdur və istənilir ki, artıq uzun illərdən sonra bir fransız papa olsun:
"İtalyanlar 1970-ci illərdən sonra liderliyi Şərqi Avropaya qapdırdılar. 2-ci İohan Pavel (Polşa) və 16-cı Benedikt (Almaniya) başda olmaqla Vatikanda son 200 ildir davam edən polyak və alman rəqabətindən xilas olmaq istəyirlər. Lakin, diqqətə alınmasa lazım olan bir nüans daha var. Yezuitlər Fransis sayəsində taxtı ələ keçirdilər və təbii ki, bundan vaz keçmək istəmirlər. Aldığım bir sıra bilgilərə görə Papa Fransis özündən sonra mirasını qoruyub saxlamağı hədəfləyir. Bu səbəbdən ona yaxın olan italyan kardinal və Kardinallar Kollegiyasının dekanı Covanni Battista Re"ni Papa seçdirmək istəyir".
Anar Əliyev