Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Pakistan əlaqələri tarixin sınağından da uğurla çıxıb

Azərbaycan-Pakistan əlaqələri tarixin sınağından da uğurla çıxıb


"Məlumdur ki, Pakistan Türkiyədən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikici dövlət olub. Dost ölkə olan Pakistan hər zaman Azərbaycanla münasibətlərə xüsusi önəm verib və məhz bu önəmin nəticəsidir ki, uzun illər ərzində Pakistan Ermənistanla hər hansı diplomatik münasibətlər qurmayıb.

Azərbaycan-Pakistan əlaqələri tarixin sınağından da uğurla çıxıb. Hətta Pakistanda daxili qeyri stabillik, siyasi böhran hökm sürdüyü illərdə belə Pakistanın Azərbaycana olan münasibəti heç vaxt dəyişməyib. Nəticədə Azərbaycan-Pakistan əlaqələri illərlə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Pakistanın Baş nazirinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. O deyib ki, Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır:

"Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib".

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin ötən il Pakistana səfəri, eləcə də Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə də ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub:

"Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edilib

Bu planda Türkiyə-Azərbaycan-Pakistan ittifaqı hər üç ölkənon milli maraqlarının müdafiəsi baxımından, eləcə də Avroaziya təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından olduqca vacibdir. İndiyə qədər Ankara, Bakı və İslamabad bu istiqamətdə olduqca yaxşı əməkdaşlıq qura biliblər".



Süleyman
Xəbəri paylaş