
Türkiyə Respublikasında səfər də olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qardaş ölkənin xarici işlər nazziri Hakan Fidanla görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov özünün facebook sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumu, iki dost-qardaş ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün mövcud olan imkanlar müzakirə olunub. Görüş zamanı həmçininqlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman