Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri güclənir

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri güclənir


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çox geniş bir heyətlə Azərbaycana səfər edib. Prezident İlham Əliyevlə keçirilən geniştərkibli görüşdə müzakirələr aparılıb. Həmçinin Pakistan Parlamentinin sədri ilə görüş keçirilib. Bütün bunlar Bakı ilə İslamabad arasında əlaqələri daha da möhkəmləndirəcək. Azərbaycan, Pakistan və Türkiyə ilə sıx əməkdaşlıq mövcuddur. Bu, Türkiyə-Azərbaycan-Pakistan görüşdə üçlüyünün strateji müttəfiqlik münasibətlərinin təzahürüdür.

Mühüm bir məqam da ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan ilə Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdən sonra Pakistanın baş naziri Azərbaycana səfər edib. Səfər çərçivəsində xüsusilə siyasi, iqtisadi, hərbi, nəqliyyat, enerji və humanitar-mədəni sahələrdəki əlaqələrin daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Vətən müharibəsindən sonra Azərbaycan ilə Pakistan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, Pakistan Ermənistanı tanımayan və onunla diplomatik münasibətlər qurmaqdan imtina edən dövlətdir. Bu mövqeyin əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlıdır.

Yeni dünya reallıqları və dəyişən beynəlxalq nizamda Azərbaycan ilə Pakistan arasında hərbi müttəfiqlik böyük əhəmiyyət kəsb edir. Pakistanın müasir tipli qırıcıları Azərbaycanın diqqətini çəkib. Bu qırıcılar dördüncü və beşinci nəsil arasında yer alır. Bu qırıcılar Azərbaycanın hava hücumundan müdafiə potensialını daha da gücləndirir. Səfər çərçivəsində imzalanan sənədlər ikitərəfli münasibətləri daha da dərinləşdirəcək və yeni inkişaf imkanları yaradacaq.

İlyas Hüseynov, politoloq
Xəbəri paylaş