
Milli Məclisin deputatı Mahir Süleymanlı fevralın 25-də Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.

Newscenter.az-a Mahir Süleymanlının deputat ofisindən bildirilib ki, rayon sakinlərinin səsləndirdiyi məsələlərin bəziləri dərhal yerindəcə həll olunub.

Aidiyyəti qurumların səlahiyyətləri çərçivəsində olan digər məsələləri isə qeydə aınlaraq, qısa zaman ərzində həllinə nail olunması üçün çalışılacağı bildirilib.

Bununla yanaşı, millət vəkili məktəbin şagirdləri ilə səmimi görüş keçirərək onların təhsili, gələcək hədəfləri və planları barədə fikir mübadiləsi aparıb. Mahir Süleymanlı 11-ci sinif şagirdlərinə buraxılış vərəqələrini təqdim edərək, qarşıdan gələn imtahanlarda onlara uğurlar arzulayıb.

Süleyman