
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Newscenter.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) keçiriləcək.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan qurumun Zaqatala regional bölməsinə (Əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Süleyman