
Ötən il Qazaxıstan və xaricdə 250-yə yaxın vətəndaş insan alverinin qurbanı olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
İnsan alverinin qurbanlarından 247 nəfərinə xüsusi sosial xidmət göstərilib, 32 nəfər isə işlə təmin olunub.
Nazirlikdən bildirilib ki, Sosial Məcəlləyə uyğun olaraq insan alveri qurbanlarına sosial-məişət, sosial-tibbi, sosial-psixoloji yardımlar da daxil olmaqla, təminatlı sosial yardım göstərilir. Onlara sosial-pedaqoji, sosial-əmək, sosial-mədəni, sosial-iqtisadi, sosial-hüquqi xidmətlər də göstərilir.
Bu xidmətlər 6 ay müddətinə verilir. Cinayət işi yekunlaşmadıqda və ya şəxs tibb müəssisəsində stasionar müalicə alırsa, 9 aya qədər uzadılması ehtimalı var.
Hazırda belə insanlar üçün 13 böhran mərkəzi fəaliyyət göstərir.
Ötən il müəyyən edilən 247 nəfərdən 114-ü xarici ölkə vətəndaşı olub.
Mehman Mehdiyev