
"Cənab Məhəmməd Şahbazın hazırki səfəri həm iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması, həm də dəyişən geosiyasi prosseslər və xüsusilə də dünyanın yeni təhlükəsizlik xəritəsinin formalaşması fonunda yeni ittifaqların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, imzalanan sənədlərə baxdıqda bu sənədlərin imzalanması ilə onsuz da kifayət qədər yaxşı olan Azərbaycan-Pakistan əlaqələri daha yüksək səviyyəyə qaldırılacağını görürük:
"Xüsüsilə vacib məqam həm də ondan ibarətdir ki, hər iki ölkənin liderləri mətbuata verdikləri bəyanatlarda iki ölkənin bir-birini bütün məsələlərdə həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdə dəstəklədiyini bəyan etdilər. Bu bəyanat faktiki olaraq bütün dünyaya verilmiş mesaj kimi qəbul olunmalıdır".
Süleyman