
Bir neçə aydır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edən kitab üzərində işləyirəm. Kitabda Leyla xanımın təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən humanizm, sülhə, qarşılıqlı əməkdaşlığa, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, diaspor hərəkatının genişlənməsinə xidmət edən misilsiz missiyasına nəzər salınır.
Leyla xanımın ən böyük layihələrindən biri olan “Xocalıya ədalət!” kampaniyası Qarabağ həqiqətlərinin və erməni vandalizminin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiya kimi mühüm əhəmiyyət kəsb edib. Onun bu istiqamətdəki əvəzolunmaz fəaliyyəti İslam dünyasında böyük həmrəylik dalğasını möhkəmləndirib.
Yeri gəlmişkən, hazırda davam edən 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edən Leyla Əliyeva çıxışında bir daha humanitar diplomatiya, qlobal iqlim ailəsi tərəfindən böyük maraq və rəğbətlə qarşılanan təşəbbüskarlığı barədə dəyərli fikirlərinin bir daha şahidi olduq.
Əziz oxucular, əlbəttə Leyla Əliyevanın zəngin fəaliyyətini bir kitabda əhatə etmək qeyri-mümkündür. Mən Onun qurub-yaratmaq kimi şərəfli missiyasının bir hissəsinə öz elmi-publisistik baxışlarımı əks etdirmişəm.
Mənim üçün Sizlərin fikir və təklifləri də maraqlıdır. Leyla xanımın fəaliyyətində daha hansı nüansları və istiqamətləri görmək istərdiniz, onu bölüşməyinizi xahiş edirəm.
Müəllif olaraq kitabda Sizin həmin dəyərli fikirləriniz əsasında əlavə məqamalara da işıq salmaq istərdim.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor