Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsi kollektiv Qərb anlayışını süquta uğratdı

Rusiya-Ukrayna müharibəsi kollektiv Qərb anlayışını süquta uğratdı


"Rusiya-Ukrayna müharibəsi kollektiv Qərb anlayışını obrazlı şəkildə ifadə etməli olsaq süquta uğratdı. Avropanın aparıcı gücləri ilə ABŞ arasında münasibətlər hal hazırda olduqca sərindir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Tramp administrasiyasının Avropa İttifaqı və Ukraynanın iştirakı olmadan müharibəni sonlandırmaq cəhdləri köhnə qitə də narahatlıq yaradıb:

"Təbii ki, proseslərə ittifaq pəncərəsindən baxdıqda vəziyyət başa düşüləndir. Çünki, Rusiya müasir dövrdə işğallar fonunda torpaqlarını genişləndirən və rəsmiləşdirən tək dövlətdir. Aydındır ki, mövcud şərtlər daxilində Rusiya qazanclı tərəf kimi görsənir və bu situasiya Avropa üçün əlavə təhdidlər yaradır".

O qeyd edib ki, Kremlin Ukraynadan sonra Moldovaya fokuslanması gözləniləndir:

"Belə olduğu təqdirdə Avropa üçün yeni təhlükəsizlik konfiqurasiyası lazımdır.
Lakin bu elə də asan bir proses deyil. Çünki yanaşmalar və mövcud resurslar ABŞ çətirini əvəzləyə bilmir. Qitənin hərbi cəhətdən ən mütəşəkkil və hazırlıqlı orduları hesab olunan Fransa və Böyük Britaniya silahlı qüvvələri say baxımından olduqca azdır".

Pərviz Mirizadə, "Müşahidələrimiz də onu göstərir ki, Vaşinqtonun yanaşmalarından sonra Makronun sərgilədiyi fəallıq heç bir işə yaramadı. Hal hazırda Avropanın təhlükəsizlik tələblərini silah sənayesi, hərbiyə yararlı insan resursları və ümumilikdə əsgəri potensialı ilə qarşılaya biləcək yeganə güc Türkiyədir. Mehmetcik döyüş təcrübəsi, sayı və hərbə hazırlıq cəhətdən ən güclü ordular sırasındadır. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı səsləndirdiyi fikirlər günümüz reallıqlarını əks etdirir.

Avropa İttifaqı siyasi və hərbi konteksdə varlığını davam etdirmək istəyirsə tez bir zamanda qardaş ölkəni İttifaqa qəbul etməlidir",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş