
Türkiyədə fevralın 24-də gündəlik 333,7 milyon kubmetr təbii qaz istehlakı ilə rekord qırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Neft Boru Kəməri Şirkətinin (BOTAŞ) X hesabında məlumat verilib.
Neft Boru Kəməri Şirkətinin (BOTAŞ) X hesabından edilən paylaşımda, "BOTAŞ-dan daha bir rekord. 24 fevral 2025-ci ildə Türkiyədə 333,7 milyon kubmetr təbii qaz istehlakı ilə rekord qırıldı",-deyə vurğulanıb.
Bundan əvvəl fevralın 7-də gündəlik 300 milyon kubmetr təbii qaz istehlakı ilə rekord qırılmışdı.
Mehman Mehdiyev