Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul Hava Limanı Avropanın yük daşımalarında birinci yerdədir

İstanbul Hava Limanı Avropanın yük daşımalarında birinci yerdədir


İstanbul Hava Limanı Avropanın yük daşımalarında birinci yerdə qərarlaşıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, İstanbul Hava Limanının 2024-cü ildə 1,97 milyon ton yük və yük daşımaları həyata keçirib.

Avropada hava yük daşımalarının 2024-cü ildə əvvəlki ilə nisbətən 13,2 faiz artdığını ifadə edən nazir Uraloğlu, İstanbul Hava Limanının önümüzdəki illərdə qlobal miqyasda çox daha böyük rol oynayacağını vurğulayaraq, “Hava limanımız yük daşımalarında əvvəlki ilə nisbətən 39,6 faiz artdı. Bu davam edərsə, İstanbul Hava Limanı təkcə Avropanın deyil, dünyanın ən mühüm mərkəzlərindən birinə çevriləcək",-deyə bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş