Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Mərkəzi Asiya ölkələrinə qadağa qoydu

Qazaxıstan Mərkəzi Asiya ölkələrinə qadağa qoydu


“Qazaxıstan Dəmir Yolu” SC bir neçə ölkədən olan taxıl daşıyıcılarına Qazaxıstanın bütün dəmir yolu stansiyalarına taxıl idxalını müvəqqəti qadağan edib.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Dəmir Yolları Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan boş taxıl daşıyıcılarına Qazaxıstanın bütün dəmiryol stansiyalarına taxıl gətirməsini müvəqqəti olaraq qadağan edib.

Bunun niyə qadağan edildiyi bəlli deyil. Ekspertlər hesab edir ki, Qazaxıstan Dəmir Yollarının magistral xətti vaqonlarla doludur. Bu, dəmiryolçular və logistik işçilər üçün çətinliklər yaradır.

Mehman Mehdiyev
Xəbəri paylaş