Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar

Sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar



"Pakistan və Azərbaycan arasındakı əlaqələr sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar əsasında qurulub. Tarixi, mədəni və iqtisadi bağlılıqlara söykənən bu münasibətlər illər ərzində daha da möhkəmlənib və müxtəlif sahələri əhatə edən əməkdaşlıqla genişlənib. Baş nazir Şahbaz Şərifin Azərbaycana səfərləri bu dostluğun əhəmiyyətini bir daha vurğulayaraq, iki ölkə arasında dərin köklərə malik tərəfdaşlığın davam etdiyini göstərir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural Məmmədov səsləndirib. O deyib ki, Pakistan islam dünyasının və yerləşdiyi Cənub-şərqi Asiyanın ən mühüm ölkələrindən biridir:

"Ənənəvi olaraq, Pakistan və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur və son dövrlərdə hərbi-siyasi kontekstdə əməkdaşlığımız daha da dərinləşməkdədir.

Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib".

Anar Əliyev
Xəbəri paylaş