
Qazaxıstan parlamentinin deputatı Tansaule Serikov valideynləri qocalar evinə göndərilən şəxslərin maaşlarının 50 faizinin tutullmasını təklif edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, rəsmi məlumatlara görə, 2023-cü ildə Qazaxıstanda qocalar və əlillər üçün evlərdə yaşayan vətəndaşların sayı 6824 nəfər təşkil edib. Onların əksəriyyəti Astanada və Şərqi Qazaxıstanda qeydə alınıb.
"Hələ 90-cı illərdə, ölkəmiz müstəqillik əldə edəndə və mağaza rəfləri boş olanda qocalar evlərində yalnız bir neçə qoca var idisə, bu gün 90 faizi qazaxlıdır. Qocalar evi qara ev idi? Niyə bu gün pensiya alan gün bahalı maşınlar qocalar evinin qarşısına çıxır?".
Bununla bağlı deputat qanuni tələbi xatırladıb. Buna əsasən, yetkinlik yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan və köməyə ehtiyacı olan valideynlərini saxlamağa və onlara qulluq etməyə borcludurlar. Valideynlərin də övladlarından aliment almaq hüququ var. Amma bu maddə icra olunmur, çünki heç bir ana övladından şikayət etmir.
"Ona görə də valideynlərini qocalar evinə buraxmış və ya onları atmış uşaqlara məcbur etməliyik ki, qazandıqları maaşın 50 faizini valideynlərinin hesabına köçürsün. Təbii ki, bu vəsait onların valideynlərinə hörmət demək deyil, amma maddi təzminat olmalıdır. Bundan başqa, 70 yaşı tamam olmayan başqa bir qocanın adına daşınmaz əmlakın rəsmiləşdirilməsini qadağan etməliyik".
Anar Əliyev