Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımı gənclərimizdə də psixoloji sarsıntı yaşatdı

Xocalı soyqırımı gənclərimizdə də psixoloji sarsıntı yaşatdı


"Xocalı soyqırımı xalqımızın tarixində acı bir faciə olmaqla yanaşı, həm də gənclərimiz də dərin psixoloji sarsıntı yaşatdı. Erməni silahlı birləşmələrinin 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc, əli yalın insanlara qarşı həyata keçirdikləri vəhişiliklər, qeyri-insani davranışlar həmin dövrün gənclərində həm də bir xof yaratmış oldu. Çünki İkinci Dünya Müharibəsindən sonra dünya, bəşəriyyət ikinci belə bir vəhişiklə, insanlığa sığmayan cinayətlə rastlaşmamışdı".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, həmin gecə neçə-neçə uşağın gələcək ümidləri söndürüldü, neçə-neçə körpə fidanların həyatına son qoyuldu:

"Bu həm də genefondumuza qarşı həyata keçirilən bir soyqırım idi. İkinci Dünya Müharibəsi zamanı Hitler Almaniyası hər nə qədər müharibə qanunları pozsa da, lakin nasistlər uşaqlara, körpələrə dəymir, onları öldürmürdülər. Ancaq ermənilər Xocalıda uşaq, qoca, gənc, yeniyetmə, kişi qadın demədən qarşılarına çıxan hər kəsi öldürdü, XX əsrin ən qanlı soyqırımını həyata keçirdilər".

Ruhiyyə Mehdiyeva deyib ki, bu gün 33 il əvvəl erməni qətliamı nəticəsində dünyasını dəyişən Xocalı şəhidlərimizin ruhları şaddır:

"Çünki Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa etdi, Xocalı öz azadlığına qovuşdu".

Anar Əliyev
Xəbəri paylaş