
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zeleski ilə danışıqları siyasi etikadan kənardır. Tramp ABŞ kimi beynəlxalq gücün prezidenti kimi deyil, ticarətçi kimi davranır. Atəşkəsə V. Putin getməlidir, V. Zelenski deyil. V. Zeleskinin tutarlı və diplomatik cavabları qarşısında D. Tramp səsini qaldırmaqla cavab verirdi.
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ukraynani Böyük Britaniya və Avropa dövlətləri kifayət qədər müdafiə edəcək:
"D. Tramp da mövqeyində dəyişiklik edəcək. V. Zeleski ölkəsini müdafiə edir. Zəiflik göstərsə, Ağ Evdə oturan alverçilər Ukraynanı satar".
Anar Əliyev