Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın və sarsılmaz dostluğun bariz nümunəsi

Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın və sarsılmaz dostluğun bariz nümunəsi

İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və qardaş Türkiyə arasındakı strateji tərəfdaşlığın və sarsılmaz dostluğun növbəti bariz nümunəsidir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mahir Süleymanlı Prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir və strateji əhəmiyyət daşıyır:

"Azərbaycan qazının Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana çatdırılması muxtar respublikanın enerji təminatını diversifikasiya edərək, onun sabit və etibarlı mənbədən qaz almasına şərait yaradacaqdır.

Vurğulamaq istərdim ki, bu mühüm infrastruktur Azərbaycan-Türkiyə birliyinin və əməkdaşlığının növbəti uğurudur. Ölkələrimiz enerji sahəsində strateji tərəfdaşlıqlarını dərinləşdirərək regional enerji xəritəsini formalaşdıran əsas güc mərkəzlərinə çevriliblər".

Mahir Süleymanlı onu da qeyd edib ki, enerji layihələri ilə yanaşı, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu layihələr Türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir və regionda yeni imkanlar açır:

"Bu möhtəşəm layihənin reallaşmasına görə Azərbaycan və Türkiyə dövlət başçılarına dərin minnətdarlığımızı bildiririk".

Süleyman
Xəbəri paylaş