Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Avropadakı bəzi konsulluqlarını bağlamağı nəzərdə tutur

ABŞ Avropadakı bəzi konsulluqlarını bağlamağı nəzərdə tutur


ABŞ Dövlət Departamentinin yaxın aylarda əsasən Qərbi Avropadakı bəzi konsulluqlarını bağlamağı və qlobal miqyasda işçilərin sayını azaltmağı planlaşdırdığı açıqlanıb.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, Vaşinqtonda bəzi ixtisaslaşmış bölmələrin birləşməsi də nəzərdən keçirilir.

Bu çərçivədə insan haqları, qaçqınlar, qlobal cinayət ədaləti, qadın hüquqları və insan alveri ilə mübarizə kimi sahələrdə fəaliyyət göstərən ofislərin yenidən strukturlaşdırılması gündəmdədir.

Keçən ay məlum oldu ki, ABŞ administrasiyası dünya üzrə diplomatik nümayəndəliklərdən ABŞ və yerli işçilərin sayını ən azı 10% ixtisar etmək variantlarını araşdırmağı xahiş edib.

Qərarın prezident Donald Tramp və onun müşaviri Elon Maskın federal hökumətdə geniş xərclər azaltmaq səylərinin bir hissəsi olduğu bildirilir.

Anar Əliyev
Xəbəri paylaş