Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Qırğızıstana pulsuz beş lokomotiv verib

Qazaxıstan Qırğızıstana pulsuz beş lokomotiv verib


Qazaxıstan Qırğızıstana pulsuz olaraq beş lokomotiv bağışlayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, lokomotivlərin tərkibinə Karatau, Jem və Çimkent dəmir yolu stansiyaları tərəfindən verilən iki manevr lokomotivi və üç magistral lokomotiv daxildir.

Lokomotivlərin partiyası Qırğızıstanın ən böyük dəmir yolu daşıyıcısı olan “Qırğızıstan Dəmir Yolları” Milli Şirkətinə çatdırılıb.

Bu addım Qazaxıstan və Qırğızıstan arasında qardaşlıq əlaqələrinin inkişafına və möhkəmlənməsinə töhfə verən rəsmi yardımın davam etdirilməsini, həmçinin infrastruktur təşəbbüslərində KazAID-i dəstəklədiyini nümayiş etdirir.

Mehman Mehdiyev
Xəbəri paylaş